Gundelik.az Elm və təhsil Azərbaycanda bu universitet 117 minlik avtomobil alır
Elm və təhsil Xəbərlər

Azərbaycanda bu universitet 117 minlik avtomobil alır

Azərbaycan Texniki Universiteti (AzTU) yeni nəqliyyat vasitəsi sifariş edib.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, universitetə bir ədəd avtomobilin alınması 117 300 manata başa gələcək.

Belə ki, AzTU avtomobili “Lexus-Bakı” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) alacaq.

Artıq universitetlə şirkət arasında alqı-satqı ilə bağlı müqavilə də bağlanılıb.

Qeyd edək ki, “Lexus-Bakı” (MMC) 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.

Gundelik.az

Exit mobile version