Azərbaycanda bu universitet 117 minlik avtomobil alır
Azərbaycan Texniki Universiteti (AzTU) yeni nəqliyyat vasitəsi sifariş edib. Gundelik.az-ın əldə etdiyi məlumata görə, universitetə bir ədəd avtomobilin alınması 117 300 manata başa gələcək. Belə ki, AzTU avtomobili “Lexus-Bakı” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) alacaq. Artıq universitetlə şirkət arasında alqı-satqı ilə bağlı müqavilə də bağlanılıb. Qeyd edək ki, “Lexus-Bakı” (MMC) 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə
