Azərbaycan Texniki Universiteti (AzTU) yeni nəqliyyat vasitəsi sifariş edib.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, universitetə bir ədəd avtomobilin alınması 117 300 manata başa gələcək.
Belə ki, AzTU avtomobili “Lexus-Bakı” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) alacaq.
Artıq universitetlə şirkət arasında alqı-satqı ilə bağlı müqavilə də bağlanılıb.
Qeyd edək ki, “Lexus-Bakı” (MMC) 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.
Gundelik.az
