Gundelik.az Dünya ABŞ-də güclü zəlzələ və sunami təhlükəsi XƏBƏRDARLIĞI 
Dünya Xəbərlər

ABŞ-də güclü zəlzələ və sunami təhlükəsi XƏBƏRDARLIĞI 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) sahil zonasında gücü 9 baldan çox olan zəlzələ və onunla müşayiət olunacaq nəhəng sunami baş verə bilər.

Gundelik.az “Daily Mail”ə istinadən xəbər verir ki, alimlər Kaskad subduksiya zonasında geoloji aktivlik əlamətləri aşkarlayıblar.

Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometr uzunluğundakı bu zolağın dörd iri seqmenti var. Mütəxəssislər bildirirlər ki, belə bir zəlzələ infrastrukturun dağılmasına, suyun və havanın çirklənməsinə səbəb ola bilər.

Sonuncu dəfə bu miqyasda hadisə 1700-cü ildə qeydə alınıb.

Bundan əvvəl İstanbulda da zəlzələ baş verib. Yeraltı təkanlar şəhərin qərbində hiss olunub və 20-30 saniyə davam edib. Bəzi sakinlər qorxudan küçələrə çıxıblar.

Gundelik.az 

Exit mobile version