Əfqanıstanda güclü zəlzələ: 5-7 nəfər həlak olub, yüzlərlə yaralı var
Bazar ertəsi gecə Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. Gundelik.az xəbər verir ki, CNN-in Əfqanıstan Milli Fəlakət İdarəsinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 5 nəfər həlak olub, 150-dən çox insan yaralanıb. Digər mənbələr isə ölənlərin sayının 7, yaralıların sayının isə 200-ü keçdiyini bildirir. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin episentri
