İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Yunanıstanda güclü zəlzələ oldu

Yunanıstanın Egey dənizi sahillərində güclü zəlzələ baş verib.

Gundelik.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar mayın 14-də yerli vaxtla saat 01:51-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 6,1-ə çatıb.

Zəlzələnin episentri 2000-dən çox əhalisi olan Karpatos adasından 38 kilometr cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsinin olub-olmaması da bildirilməyib.

Gundelik.az