Yunanıstanın Egey dənizi sahillərində güclü zəlzələ baş verib.
Gundelik.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar mayın 14-də yerli vaxtla saat 01:51-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 6,1-ə çatıb.
Zəlzələnin episentri 2000-dən çox əhalisi olan Karpatos adasından 38 kilometr cənubda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsinin olub-olmaması da bildirilməyib.
Gundelik.az
