Hər daşın qayan tarixdir, Susam!
Xanın səsi, uca dağlarından
Bülbülün nəğməsi,
Xarıbülbülünün saf damarından,
Cabbarın, Seyidin bulaqlarından
Daha kimlər, kimlər…
Sənin gözəlliyindən ilham aldılar,
Üzeyirin, Niyazin bu ilhamı
Bu dünyaya yaydılar.
Müsiqi beşiyi, şərqin gözəli,
Azərbaycanımın inci bəzəyi.
Hər daşın qayan tarixdir, Susam.
Gözüm sətirlərdə, nələr görürəm,
Hər daşın qayan tarixdir, Susam.
Sən basılmazdın yağı düşmənə,
Alçaqlar, xainlər dəstək oldular.
Səni darda qoymaz Azərbaycanın,
Alçaqlar xainlər oyun qurdular.
Göz yaşı içində səbirlə dözdün,
Qan tökülməsin deyə ipləri çözdün.
Hər daş, qayan tarixdir, Susam.
Hələ belə qəlb sevinc görmədim, Şuşam,
Dəmir yumruqlu, baş komandanım!
Böyük fəxarət və qürur hissi ilə
Bəyan edirəm: “Şuşa şəhəri azad edildi!” —dedi.
Bir fırtına qopdu mənim elimdə,
Sevinc qanadlanıb fəzaya qalxdı.
Dünyanı unudub, hər kəs əlində
Üçrəngli bayraqla meydana axdı.
Çünki, sən azaddın, azaddın, Şuşam,
İyirmi səkkiz illik zəncir qanadla
Həsrət göz yaşımı axıtdın, Şuşam!
…Nəhayət, Azərbaycanına qovuşdun, Şuşam.
Hər daşın, qayana tarixdir, Şuşam.
Niyə bu qədər gözəlsən,
Bu qədər qürurlu?
Bu qədər başı bəlalı,
Dağların başında, qəlbi yaralı…
Niyə bu qədər gözəlsən,
Bu qədər zərif.
Bu qədər sevimli, taleyin acı
Bu qədər sevimli, taleyin açıq —
Azərbaycanımızın başının tacı,
Hər daşın, qayana tarixdir, Şuşam !
Ana, məni bağışla !
Mən şəhidəm, anacan,
Əgər bacarsan, məni bağışla.
Deyərdin: “Həyatımsan,
Varlığım, muradımsan”.
Baxardın gözlərimə,
Oxşayıb tellərimi,
Deyərdin: “Dayağımsan”.
Həmişə düşünərdim,
Səninlə bölüşərdim.
Sənin qayğını çəkib,
Necə sevinc verəcəm?
Ağaran saçlarına
Necə sığal çəkəcəm?
Mən səni bu dünyanın
Ən sevilən anası,
Arzuların qoynunda
Necə xoşbəxt edəcəm?..
Pərvanə İsgəndərova
Şairə, İqtisadçı- sahibkar
Gundelik.az
