Xəyanətə uğrayan qadın ərini efirdə biabır etdi: Ona ömürlük cinsi gücsüzlük arzuladı

Xəyanətə uğrayan qadın ərini efirdə biabır etdi: Ona ömürlük cinsi gücsüzlük arzuladı

Qanada yaşayan qadın ərinin xəyanətlərindən radio efirində danışaraq ona qarğış edəcəyini və cinsi gücdən məhrum olması üçün lənət oxuyacağını bildirib.

Gundelik.az xəbər verir ki, bu barədə “GhanaWeb” nəşri məlumat yayıb.

Xəyanətə uğrayan qadın “Oyerepa FM” radiosunun “Oyerepa Afutuo” adlı proqramının canlı efirində çıxış edib. O, gələcək həyat yoldaşına maddi imkanı olmadığı dövrdə aşiq olduğunu bildirib. Qadın həmin vaxt ona dəstək göstərdiyini və külli miqdarda pul verdiyini söyləyib.

Bir müddət sonra onlar ailə qurublar. Lakin qadın sonradan ərinin bir neçə məşuqəsinin və həmin qadınlardan olan uşaqlarının olduğunu öyrənib. Daha da təəccüblüsü isə kişinin aldığı pulu işlərini qaydaya salmaq əvəzinə, məşuqələrinin və onların uşaqlarının saxlanılmasına xərcləməsi olub.

Verilişin iştirakçısı bildirib ki, bütün bunlardan sonra da bir müddət ərinə maddi dəstək göstərməyə davam edib. Lakin artıq səbrinin tükəndiyini deyən qadın ona qarğış edəcəyini açıqlayıb.

“Onu cinsi gücdən məhrum etmək və övlad sahibi olmaq imkanını əlindən almaq üçün lənət oxuyacağam”, – deyə qadın canlı yayımda bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Kaliforniya ştatında yaşayan bir kişi həyat yoldaşını sevgilisi ilə yataqda yaxalayıb. Xəyanətlə üzləşən ər daha sonra rəqibinə qarşı zorakılıq törədib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.