Uşağın anadan olmasına görə ödənilən müavinət kəskin artırılacaq
Gələn il üçün uşağın anadan olmasına görə ödənilən müavinət kəskin artırılacaq.
Gundelik.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinn sədri Musa Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
O qeyd edib ki, bu məsələ “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.