Silsilə qətllərin arxasından qadın çıxdı: şübhəlinin etirafı hər kəsi dəhşətə gətirdi
Qanada qətl seriyasında şübhəli bilinərək saxlanılan kişi insanları bir qadının sifarişi ilə öldürdüyünü və qurbanların bədən mayelərini toplayaraq ona təhvil verdiyini etiraf edib.
Gundelik.az xəbər verir ki, bu barədə “GhanaWeb” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, saxlanılan şəxs cinayətləri kiçik yeməkxana işlədən Efо adlı qadının sifarişi ilə törətdiyini bildirib. Onun sözlərinə görə, qadın hər qətl müqabilində ona 500 Qana sedisi (təxminən 3,5 min rubl) ödəyirmiş.
Şübhəli şəxs qurbanların tüpürcəyini və cinsiyyət orqanlarından əldə edilən mayeləri dəsmal vasitəsilə toplayaraq sifarişçiyə çatdırdığını deyib. Onun iddiasına görə, qadın daha çox nümunəyə ehtiyac duyduqda o, yenidən cinayət törətməyə gedirmiş.
Şübhəlinin dindirilməsi zamanı çəkilmiş etiraf videosu sosial şəbəkələrdə geniş yayılıb. Görüntülərdə qandallanmış kişi nümunələrin necə toplandığını və qadına necə çatdırıldığını izah edir.
Qadının bu mayeləri hansı məqsədlə istədiyi isə hələlik məlum deyil. Hazırda polis hadisənin bütün təfərrüatlarını, cinayətlərin motivlərini və digər mümkün iştirakçıların rolunu araşdırır.
Xatırladaq ki, daha əvvəl kanadalı kriminal psixoloq Erik Hikki insanın hansı səbəblərdən seriyalı qatilə çevrilə biləcəyindən danışmışdı. Onun sözlərinə görə, zorakılığa meyilli şəxsin manyaka çevrilməsində əsas amillərdən biri düzgün olmayan tərbiyədir.
Nuri
Gundelik.az