“Bakı yoltikintiservis” ASC-nin rəhbərliyi dəyişir?
“Bakı yoltikintiservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Gundelik.az-ın əldə etdiyi məlumata əsasən, yığıncaq 25 dekabr 2026-cı il tarixində saat 11:00-da cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı-Binəqədi şossesi, ev 11 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə bir sıra məsələlər daxil edilib. Belə ki, icra orqanının – ASC sədrinin, həmçinin cəmiyyətin Müşahidə Şurasının sədr və üzvlərinin seçilməsi nəzərdə tutulur.
Bundan başqa, yığıncaqda cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili aparılacaq və müvafiq hesabatın təsdiqi müzakirə ediləcək. Gündəliyə digər məsələlər də daxildir.
Qeyd edək ki, “Bakı yoltikintiservis” ASC 10 iyul 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin VÖEN-i 1400162761, nizamnamə kapitalı isə 1 milyon 951 min 490 manatdır.
Vergi uçotu məlumatlarına əsasən, şirkətin qanuni təmsilçisi Ələkbər Əlizadə Heydər oğludur. Müəssisə hazırda aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır, riskli vergi ödəyicisi hesab edilmir və ƏDV məqsədləri üçün qeydiyyatda deyil. Vergi borcu isə sıfır manat təşkil edir.