Nominal orta aylıq əmək haqqı 8,7% artacaq
Gələn il nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq.
Gundelik.az apa-ya istinadən xəbər verir ki, bu, 2027-ci İL Büdcə Zərfində əksini tapıb.
Büdcə zərfinə əsasən, bu göstərici 2026-cı il üzrə 1185,5 manat, 2027-ci il üzrə isə 1288,30 manat səviyyəsində proqnozlaşdırılıb. Göründüyü kimi, nominal orta aylıq əmək haqqının cari illə müqayisədə artım tempi 8,7% səviyyəsində nəzərdə tutulub. Halbuki əhaliyə ödənişlər üzrə xərclər cari ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 9,2% və 10,9% artımla proqnozlaşdırılmışdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.