Komitə sədri: “Hüququn aliliyi Konstitusiyamızın əsas qayəsidir”
Hüququn aliliyi Konstitusiyamızın əsas qayəsidir.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatla, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar Gundelik.az-a açıqlamasında deyib.
O, bildirb ki, konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir: "Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir".
Komitə sədri vurğualyıb ki, konstitusiyamızın ən ali məqəsdi ərazi bütövlüyümüzün bərpa edilərək Azərbaycanın bütün suveren ərazisində hüququn aliliyinin təmin olunması idi: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi xalqımızın iradə və əzmi ilə bu mükün oldu. Biz böyük qürur hissi ilə 2025-ci ii - “Konstitusiya və Suverenlik İli” kimi qeyd etdik. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
Biz indi Konstitusiya günümüzü Qalib Xalq kimi böyük qürurla qeyd edirik!"