Azərbaycanda bu şəxslərin evlərinin təmirinə 290 min manat ayrılır

Azərbaycanda bu şəxslərin evlərinin təmirinə 290 min manat ayrılır

Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evləri təmir ediləcək.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 290 min manat vəsait ayrılmasını proqnozlaşdırıb.

Təmir işləri qəsəbələrdə yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.

Hazırda sözügedən işləri icra edəcək şirkət müəyyənləşdirilməkdədir.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.