Azərbaycanda bu reabilitasiya mərkəzi ləğv edilir

Azərbaycanda bu reabilitasiya mərkəzi ləğv edilir

“Gəncə Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsin ləğv edildiyi bildirilir.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, ləğvetmə ilə əlaqədar  kreditorlara müraciət edilərək, tələb və iddialarını iki ay müddətində təqdim etmələri xahiş olunub.

Qeyd olunub ki, kreditorlar öz tələblərini Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 25 ünvanına (AZ2006) bildirə bilərlər.

 Vergi ödəyicilərinin uçot məlumatlarına əsasən, “Gəncə Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsinin VÖEN-i 2300249411-dir. Müəssisə 26 dekabr 2000-ci ildə dövlət qeydiyyatına alınıb.

 Mərkəzin qanuni təmsilçisi Anar İsgəndərov Yaşar oğludur. Qurumun nizamnamə kapitalı 310 481,62 manat təşkil edir.

 Məlumatda həmçinin qeyd olunur ki, qurum aktiv vergi ödəyicisidir, riskli vergi ödəyicisi hesab edilmir, ƏDV qeydiyyatında deyil və vergi borcu yoxdur.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.