Ərdoğandan Rusiya və Ukraynaya çağırış

Ərdoğandan Rusiya və Ukraynaya çağırış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı Qara dənizdə hərbi əməliyyatları dayandırmağa, gərginliyi artıran addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırıb.

Gundelik.az "Al Jazeera"ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Türkiyə lideri bildirib ki, Qara dənizdə gərginliyin artmasına səbəb olan hərəkətlər heç bir tərəfin maraqlarına xidmət etmir.

"Bu hücumlara, onları kimin həyata keçirməsindən və hansı bəhanənin gətirilməsindən asılı olmayaraq, heç bir halda dözə bilmərik. Bütün tərəfləri bu məsələdə məsuliyyətli davranmağa çağırırıq", – deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Ankara Rusiya və Ukraynaya Qara dənizdə döyüşlərin dayandırılması ilə bağlı təkliflər təqdim etsə də, tərəflərdən heç biri bu istiqamətdə konkret addım atmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə oktyabrın 31-də Ərdoğanla görüşündə Qara dənizdə "taxıl dəhlizi"nin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunduğunu açıqlayıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.