Avqust 27, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqları “etiketləmək” onların psixologiyasına təsir edir

“Tənbəl”, “ərköyün”, “qorxaq”, “dəcəl”, “hiperaktiv” kimi ifadələrlə uşaqları tez-tez etiketləmək onların özünəinamına, özünüqavrayışına, sosial münasibətlərinə və akademik uğurlarına mənfi təsir göstərir.

Sağlamlıq Elmləri Universitetinin neyropsixoloqu Merve Tuğçe Doğru bildirir ki, uşaqlar xüsusilə şəxsiyyət axtarışı dövründə onlara verilən mənfi etiketləri mənimsəyə və davranışlarını həmin xüsusiyyətlərə uyğun formalaşdıra bilərlər. Məsələn, davamlı olaraq “tənbəl” adlandırılan uşaq zamanla bu xüsusiyyətə inanaraq motivasiyasını itirir.

Mənfi etiketləmə uşaqlarda:

özünəinamın zəifləməsinə;

mənfi mənlik təsəvvürünün formalaşmasına;

sosial təcrid və həmyaşıdları tərəfindən zorakılıq riskinin artmasına;

dərsə maraq və motivasiyanın azalmasına;

aqressivlik və ya içinəqapanma kimi davranış problemlərinə səbəb olur.

Mütəxəssis vurğulayır ki, uşağı etiketləmək əvəzinə onun davranışının səbəbini anlamaq və müsbət möhkəmləndirmədən istifadə etmək lazımdır. Məsələn, çox hərəkətli uşağa “hiperaktiv” deməkdənsə, onun enerjisini faydalı fəaliyyətə yönəltmək daha məqsədəuyğundur.

Valideynlər uşağın güclü tərəflərinə və potensialına diqqət yetirməli, onu öz maraq və bacarıqlarına uyğun şəkildə dəstəkləməlidirlər. Uşağa “sən bunu bacara bilərsən” mesajının verilməsi onun özünəinamını və inkişaf motivasiyasını gücləndirir.

Əsas məqsəd uşağı müəyyən bir xüsusiyyətlə tanımlamaq deyil, onun davranışını anlamaq və sağlam inkişafına dəstək olmaqdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az