Gundelik.az Dünya Trampdan İsrail və İran arasında atəşkəslə bağlı AÇIQLAMA
Dünya Xəbərlər

Trampdan İsrail və İran arasında atəşkəslə bağlı AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp “İsrail və İran az qala eyni vaxtda yanıma gəldi və sülh dedi” deyərək, iki ölkə arasında 12 günlük qarşılıqlı hava hücumlarına son verəcəklərini bir daha bəyan edib.

Gundelik.az xəbər verir ki, o bu barədə “Truth” sosial media hesabında paylaşım edib.

Tramp bildirib ki, İsrail və İran sülh üçün, demək olar ki, eyni vaxtda ona əl uzadıb və əlavə edib ki, o, əsl qaliblərin dünya və Yaxın Şərqdir.

“Hər iki ölkə öz gələcəklərində böyük sevgi, sülh və rifah görəcək. Onların qazanacaqları çox şey var, lakin həqiqət və dürüstlük yolundan azarlarsa, itirəcəkləri də çox olacaq”, – Tramp yazıb.

İsrail və İranın gələcəyinin “məhdud və böyük vədlərlə” dolu olduğunu qeyd edən Tramp mesajını İsrail və İran üçün “Allah hər ikinizi qorusun” deyərək yekunlaşdırıb.

Gundelik.az 

Exit mobile version