ABŞ-nin zərbələrindən sonra İran İsrail ərazisinə hücumu davam etdirə bilər.
Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanadanın Q.A.Arbatov İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər namizədi, politoloq Andrey Evseenko məlumat verib.
“Hər iki tərəfin raket ehtiyatlarını və hava hücumundan müdafiə imkanlarını saxladığı müddətdə biz İran və İsrail arasında zərbə mübadiləsinin davamını görəcəyik”, – o bildirib.
Eyni zamanda politoloqun fikrincə, ABŞ-nin hərəkətlərinə İran tərəfindən də birbaşa cavabların verilməsi ehtimalı var. Bunların arasında politoloq Yaxın Şərqdəki Amerika bazalarına zərbə endirilməsi, Hörmüz boğazının bağlanması və ya İran hücrələrinin ABŞ ərazisindəki hərəkətlərini sadalayıb. Ekspert hesab edir ki, eyni zamanda, hətta ABŞ prezidenti Donald Trampa sui-qəsd təşkil etmək cəhdlərini də istisna etmək olmaz.
Gundelik.az

