“EV Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Belə ki, şirkət nizamnamə kapitalının 20 400 manat azaldılaraq 22 100 manatdan 1 700 manata endirildiyini elan edib.
Qeyd edilib ki, kreditorlar bu elanın dərc edildiyi gündən etibarən 1 (bir) ay müddətində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8 ünvanına təqdim edə bilərlər.
Sözügedən şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Həsənov Aqilİbiqulu oğludur.
Gundelik.az

