Gundelik.az Ölkə Qurcana çayı ilə bağlı 700 min manatlıq işlərə başlanılır
Ölkə Xəbərlər

Qurcana çayı ilə bağlı 700 min manatlıq işlərə başlanılır

Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının sahil divarları qəzalı vəziyyətə düşüb.

Gundelik.az xəbər verir ki, buna görə də Şəki Şəhər İcra Hakimiyyəti (RİH) çayda müvafiq təmir-bərpa işlərinə başlayır.

Məlumata görə, aparılacaq işlər çərçivəsində, həmçinin çayın su tənzimləyici bəndləri bərpa olunacaq, eləcə də çay yatağının təmizlənməsi və yeni sahilbərkitmə işləri həyata keçiriləcək.

RİH sözügedən işlərin icrasını “Elşən” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 709 880 manat ödənilib.

Gundelik.az 

Exit mobile version