Gundelik.az Dünya Tramp hesab edir ki, Ərdoğan Ukrayna münaqişəsinin nizamlanmasına kömək edə bilər
Dünya Siyasət Xəbərlər

Tramp hesab edir ki, Ərdoğan Ukrayna münaqişəsinin nizamlanmasına kömək edə bilər

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ukraynada davam edən münaqişənin həllində mühüm rol oynaya biləcəyini bildirib.

Gundelik.az-ın məlumatına görə, Tramp jurnalistlərin sualına cavabında qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ərdoğana hörmətlə yanaşır:

“Ərdoğan bunu edə bilər. Rusiya ona hörmət edir. Ukrayna barədə dəqiq deyə bilmərəm, amma Putin ona hörmət edir. O, mənim dostumdur”, – deyə Tramp vurğulayıb.

Bundan əlavə, Amerika lideri cümə günü Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə qəbul edəcəyini də açıqlayıb.

Gundelik.az 

Exit mobile version