Payızın sərin havası allergiyası olan insanlar üçün çətinlik yaradır. Bu dövrdə artan tozcuqlar, kif göbələkləri və ev tozu gənələri burun axması, asqırma, göz qaşınması və astma şikayətlərini artırır.
Mütəxəssis Dr. Gülay Kaplanın sözlərinə görə, xüsusilə yayın sonu və payız aylarında yabanı otların tozcuqları çoxalır. Küləklə yayılan tozcuqlar uzaq məsafələrə çata, quru yarpaqların altında qalan tozcuqlar isə gəzinti zamanı yenidən havaya qalxaraq tənəffüs yollarına daxil olur.
Payızda havanın rütubətinin artması kif göbələklərinin və gənələrin çoxalmasına da şərait yaradır. Bağ işləri ilə məşğul olan və təbiətdə çox vaxt keçirən insanlar kif sporlarına daha çox məruz qalırlar.
Allergenlər yalnız açıq havada deyil, ev, məktəb və iş yerlərində də problem yaradır. Xüsusilə hamam və mətbəx kimi rütubətli məkanlarda kifin yaranmasının qarşısını almaq, bu əraziləri mütəmadi təmizləmək və havalandırma sistemlərinə qulluq etmək tövsiyə olunur.
Mütəxəssislər qeyd edir ki, rütubətin nəzarətdə saxlanılması və payız başlamazdan əvvəl tədbirlərin görülməsi allergik rinit və astma şikayətlərinin nəzarətdə saxlanmasına kömək edir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
