Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan İrəvanda saxlanılıb.
Gundelik.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Anti-Korrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Genrik Abramyan vəzifəli şəxs tərəfindən səlahiyyətlərdən sui-istifadə edilməsi, bu əməlin törədilməsinə kömək göstərilməsi, xidməti saxtakarlıq və saxta sənəddən istifadə faktları ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb.
Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın Baş naziri vəzifəsində çalışıb.
