Sentyabr 18, 2026
Baku
Dünya Xəbərlər

TikTok qurucusu Asiyanın ən zəngini oldu

TikTok-un əsas şirkəti ByteDance-in qurucusu Zhang Yiming 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən zəngin şəxsi olub. Bloomberg-in məlumatına görə, çinli sahibkar 104,8 milyard dollar sərvəti olan hindistanlı iş adamı Gautam Adanini geridə qoyub.

Şirkətin təxminən 21 faizinə sahib olan Zhangın sərvəti BlackRock və Fidelity şirkətlərinin yeni qiymətləndirmələrindən sonra yalnız sentyabr ayında 12 milyard dollar artıb. Bloomberg onun sərvətini izləməyə başladığı 2019-cu ildə Zhangın 13 milyard dollar sərvəti olub.

Süni intellektə yatırımlar sərvəti artırıb

ByteDance-in TikTok və Douyin kimi platformalarından əldə etdiyi məlumatlardan süni intellekt modellərinin hazırlanmasında istifadə etdiyi və bu sahəyə böyük yatırımlar etdiyi bildirilir. ABŞ-də yaşanan giriş məhdudiyyətləri və tənzimləyici maneələrə baxmayaraq, şirkət süni intellekt sahəsində fəaliyyətini davam etdirib.

Omdia şirkətinin baş analitiki Lian Jye Su Zhangın düzgün addımlar atdığını və süni intellektə yatırımları ardıcıl şəkildə artırdığını bildirib.

Süni intellekt milyarderlərin sərvətini artırır

Süni intellekt texnologiyalarının inkişafı dünyanın ən zəngin şəxslərinin siyahısında da dəyişikliklərə səbəb olur. Dell Technologies şirkətinin qurucusu Michael Dell süni intellekt yönümlü server gəlirlərinin təsiri ilə sərvətini 262 milyard dollara çatdıraraq dünyanın beşinci ən zəngin şəxsi olub. Google-un həmtəsisçisi Larry Page isə Gemini 3 süni intellekt modelinin təqdim edilməsindən sonra sərvətini 252 milyard dollara yüksəldib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az