Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ ilə mümkün müdafiə sazişi üzrə danışıqlar aparır.
Gundelik.az xəbər verir ki, “Financial Times”ın mənbələrinə istinadən məlumatına görə, Ər-Riyad razılaşmanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın noyabr ayında Vaşinqtona səfəri zamanı yekunlaşdırılacağını ümid edir. Razılaşmaya “artırılmış hərbi və kəşfiyyat əməkdaşlığı”nın daxil ediləcəyi gözlənilir.
ABŞ Dövlət Departamenti bildirib ki, Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində əməkdaşlıq “regional strategiyamızın güclü təməlidir”.
Gundelik.az

