Pentaqon ABŞ Konqresinin 2025-ci maliyyə ilində müdafiə büdcəsində təklif etdiyi 150 milyard dollar artımı çərçivəsində Amerika ordusunu təchiz etmək üçün orta mənzilli ballistik raketlərin (MRBM) yaradılmasını maliyyələşdirməklə bağlı əlavə 639 milyon dollar alacaq.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, ABŞ soyuq müharibənin bitməsindən sonra orta mənzilli ballistik raketlərə malik olmayıb.
Qeyd olunur ki, 1988-ci ildən 2019-cu ilə qədər ABŞ və Rusiyaya Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsinə əsasən, maksimum 500-5500 kilometr mənzilli, nüvə və ya ənənəvi yerdən buraxılan ballistik və qanadlı raketlərin hazırlanması və yerləşdirilməsi qadağan edilib.
Gundelik.az

