İyul 8, 2026
Baku
Elm və təhsil Ədəbiyyat

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: ÖLKƏNİN MƏŞĞULLUQ SİYASƏTİNƏ TÖHVƏ OLACAQ UĞURLAR

İxtisaslı kadrların, mütəxəssislərin güvənilir hazırlıq mənbəyi olan Naxçıvan Dövlət Universiteti, ölkənin həm elm, həm tədris proseslərinə çoxistiqamətli töhvələri ilə birlikdə, eyni zamanda, sosial dayanıqlılığın daha da gücləndirilməsi sahəsində də təkan olmaqdadır. Sosialyönümlü ixtisasları, onların əmək bazarı ilə səsləşən nəticələri, bu sahədəki fəaliyyət göstəricilərinə etibar edən fakültələri ilə dolğun bir idarəetmə
formalaşdırmış olan universitet, ölkənin hədəf və prioritetlərinə təkan olmaqdadır. Məhz bu mənada, Naxçıvan Dövlət Universiteti, həm də sosialyönümlü strateji idarəetmə mexanizmlərinə sadiq proseslərin məcmusu olan dəyərləri özündə ifadə etməkdədir.

   Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu, əsaslarını müəyyən etdiyi, tənzimləmə strategiyasını qüvvəyə gətirdiyi təsisatlar, əhalinin sosial rifahına, firəvanlıq göstəricilərinə, savadlanmasına, dünyagörüşünün və sağlam ideyalar və təşəbbüslər müəllifi olaraq formalaşmasına əhatəli zəminlər yaratmışdr. Bu isə, təbii olaraq, ölkənin sosial-iqtisadi inkişaf strategiyasının, konsepsiyasının və tənzimləmələrinin olduqca mühüm tərəflərini ortaya qoymuş oldu. Xüsusilə də, bu müdrik siyasətin müzəffər Ali Baş Komandan tərəfindən 2004- cü ildən uğurla icra olunan regional iqtisadi inkişaf üzrə Dövlət proqramları bütün iqtisadi rayonalr kimi Naxçıvan iqtisadi rayonunun da sosial-iqtisadi inkişafında mühüm nəticələrinə görə seçilmiş və bu, universitetlərin də önəmini, əhəmiyyətini və aktuallığını daha da gücləndirmişdir. Etibarlı, güvənilir və güclü bazaya əsaslanan proseslər, həm də, səmərəli məhşulluq strategiyasının genişmiqyaslılığını və şaxələndirilməsini təmin edə bilmişdir. Təbii olaraq, bu proseslər də, milli xüsusiyyətlərlə yanaşı, daha çox regional inkişaf mahiyyətinə görə seçilir. Sevindirici hal isə ondan ibarət olmaqdadır ki, bütün bunlar, əhalinin məşğulluq göstəricilərinin artan dinamikada təşəkkülünə yön verməkdə, yol açmaqdadır ki, bu proseslərdə də, həm də universitetlərin önəmini, əhəmiyətini və yerini daha da dayanıqlı etməkdədir. Bu bir həqiqətdir ki, Naxçıvan Dövlət Universiteti, xüsusilə də, 2020-ci ildən müasir mərhələyə qədər olan bütün təqvim və tədris illərinin yekunlarına görə ölkənin sosial – iqtisadi inkişaf göstəricilərinə töhvə olacaq bütün istiqamətlərin sistemli, kompleks və əlaqəli inkişafı sahəsində məqsədyönlü tədbirlərin ardıcıllığını təmin edə bilmişdir.

Nəticədə, gedirə qalan illər üzrə – yəni 2020-2025-ci illər üzrə Naxçıvan Dövlət Universitetində işlə təmin olunanların sayında 6 dəfəlik artım qeydə alınmışdır. Belə ki, 2020-ci ildə universitetdə 43 nəfərin məşğulluğu təmin olunmuşdursa, artıq 2025-ci ildə isə bu göstərici 252 nəfər təşkil etmişdir.

Şəkil 1. Naxçıvan Dövlət Universitetinin 2020-2025-ci illər üzrə işçi qəbulu
üzrə göstəriciləri (nəfər)

2020,43

2021,88

2022,64

2023,142

2024,157

2025,252
İLLƏR ÜZRƏ İŞÇİ QƏBULU (NƏFƏR)

Xüsusilə, artıq son altı ildən artıqdır ki, universitetin yeni çağırışlar və tələblər və ardıcıl islahatlar müstəvisində uzunmüddətli perspektivlərinin təin olunması, müvafiq göstrəcilər üzrə məşğulluq səviyyəsinin aşağıdakı kimi təşəkkülünə yol açmışdır. Belə ki:
– 2021-ci ildə 88;
– 2022-ci ildə 64;
– 2023-cü idə 142;
– 2024-cü ildə 157 nəfərin işə qəbulu ilə məşğulluq təminatı mümkün olmuşdur. Burada onu da qeyd etmək olar ki, insan amilinin iqtisadi və sosial sferalar üzrə səmərəliliyini, onun bir kapital olaraq inkişafını və ümumilikdə, ölkənin makroiqtisadi inkişaf üzrə hədəflərini prioritet olaraq müəyyən edən Naxçıvan Dövlət Universiteti, sadalanan illərin hər biri üzrə məşğulluq sahəsində müvafiq göstəricilərin qərarlaşmasına nail ola bilmişdir.

Şəkil 2. Naxçıvan Dövlət Universitetinin məşğulluq sahəsindəki göstəriciləri

Beləliklə, Naxçıvan Dövlət Universiteti, ölkənin elm və tədris proseslərinin vəhdət halında inkişafı ilə yanaşı, eyni zamanda, məşğulluq siyasətinin səmərəliliyi, göstəricilərinin artan dinamikada təşəkkülü və uzunmüddətli perspektivlərə töhvələri baxımından olduqca mühüm nəticələri özündə əks etdirməkdədir.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Gundelik.az