Oktyabr 19, 2026
Baku
Xəbərlər

Sadiq Qurbanov: “Laos Respublikası ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir”

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin  oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə məsələyə münasibət bildirərkən saytımıza açıqlamasında  deyib. O, bildirb ki, Laos Respublikası ilə əlaqələr hələ sovet dövründən mövcud olub. Sovetlər dövründə iki minə yaxın tələbə Azərbaycanda təhsil alıb. Otuz ilə yaxındır diplomatik əlqələr mövcuddur. Eyni zamanda parlamentlər arası əlaqələr də inkişaf edir. Bu isə Laos dövləti ilə aramızda olan əlaqələrin ənənələrə söykəndiyindən xəbər verir.

Gundelik.az