Naxçivan Dövlət Universiteti: yeni əməkdaşliqlar və yeni perspektivlər
Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi sahəsində ideya və təşəbbüslərinin yeni keyfiyyət mərhələsini görməkdəyik. Bu sahədə, rektor Elbrus İsayevin rəhbərliyi ilə qardaş Türkiyə Cümhuriyətinin nüfuzlu universitetlərinə reallaşmış olan səfər, NDU-nun müvafiq ali məktəblərlə daha səmərəli işbirliklərinə yeni zəminlər açmaqdadır. Səfərin, anlaşmaların və yeni ortaqlıqların hədəflərinə diqqət etdikdə aydın olur ki, yaxın gələcəkdə,
