Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı barədə məsələyə münasibət bildirərkən saytımıza açıqlamasında deyib. O, bildirb ki, Prezident öz çıxışında ötən il Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olmasında Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi vurğulayıb. Prezident bu platformanın əhməyyətini xüsusi qeyd edib. Türkəminstanla əlaqələr dinamik şəkildə inkişaf edir. Bu həm siyasi-iqtisadi həm də mədəni və hümanitar sahədə inkişaf edir. Bu qardaşlıq münasibəti bizim eyni soy kökdən gələn millət olmağımızla bağlıdır.
Gundelik.az
