Oldun
(İkinci Qarabağ müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş İlham oğlu Abbasovun əziz xatirəsinə ithaf edirəm.)
Baş leytenant Ağaqardaş!
Döyüşlərdə öndə getdin,
Qorxu nədi sən bilmədin,
Yağıya aman vermədin.
Göydən mərmilər yağsa da,
Çağırış etdin hücum deyə,
Hamı atıldı döyüşə,
Urra… dedi, irəliyə!
Qarabağı çox sevirdin,
Onun uğrunda savaşdın,
Heç bir şeydən çəkinmədin,
Özünü alova atdın!
“Azərbaycan – Qarabağdı!”
Deyimini şüar etdin,
Bu yolda da sən döyüşdün,
Cəsurluq zirvəsi oldun!
Vəhşi düşmənə od vurdun,
Yuvasını viran etdin,
Daşnaqlara qan qusdurdun,
Vətən fədaisi oldun!
Xalqımızın mərd igidi,
Bu torpağın ruhu, canı,
Məhv elədin düşmənləri,
Azad etdin, Qarabağı!
Vətənin hayına çatdın,
Çağırışına tez qoşuldun,
Düşmənin üstə şığadın,
Onları yerində əzdin!
Ceyran
Yenə tənha gəzir, dərdlidi Ceyran!
El bil dünyanın qəmi ondadır,
Solmuş çiçəklərlə dostluq eyləyir,
Ümid çırağını itirən Ceyran!
İtmiş oylağını unuda bilmir,
Ayrılıq həsrəti onu hey üzür,
Keçmiş xatirələr yadına düşür,
Üztutur çöllərə, çəmənə Ceyran!
Gəzdiyi oylağa yaraşıq verir,
Məğrur yerişlərlə düzü dolanır,
İndi dəstəsindən aralı gəzir,
Bu yerin incisi, bəzəyi Ceyran!
Ovçu gülləsinə tuş gələn Ceyran!
Niyə həyacanlı belə gəzirsən?
Yoxsa ümidini tamam kəsibsən?
Təbiət gözəli, sevimli Ceyran!
Dağların, çöllərin, çəmənin şahı,
Bu diyar sənindi, ay gözəl Ceyran!
Sakitcə yaşayıb, dolan oylağı,
Əskik olmayasan yurdundan, Ceyran!
Ağcabədi şəhəri
30.09.2026
Sabir Rüstəmoğu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
Gundelik.az
