ABŞ husilərə dəstək verdiyi üçün Yəmən Beynəlxalq Bankına qarşı sanksiyalar tətbiq etdiyini elan edib.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“ABŞ hakimiyyəti Yəmən Beynəlxalq Bankına (YSC) Yəmən Husi üsyançılarına maliyyə xidmətləri göstərməsi ilə əlaqədar sanksiyalar tətbiq edib”, – məlumatda bildirilib.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi İranın təhdid şəbəkəsinin bir hissəsi olan Husilər kimi tanınan Ənsar Allaha verdiyi dəstəyə görə Beynəlxalq Yəmən Bankına sanksiya tətbiq edir”, – deyə bəyanatda bildirilir.
Məkunata görə, üç yüksək vəzifəli bank rəhbəri də sanksiyaya məruz qalıb.
“Belə maliyyə institutları husilərin beynəlxalq maliyyə sisteminə çıxış əldə etmək, regional və beynəlxalq ticarəti təhdid etmək səyləri üçün çox vacibdir”, – ABŞ Maliyyə Nazirinin müavini Maykl Folkender bildirib.
ABŞ-nin məlumatına görə, ölkənin paytaxtı Sənada yerləşən Yəmən Beynəlxalq Bankı husilərin nəzarəti altındadır və onlar tərəfindən SWIFT sisteminə qoşulmaq üçün istifadə olunur.
Maliyyə Nazirliyi aydınlaşdırıb ki, husilər bu bankın köməyi ilə neft alıb öz əleyhdarlarının resurslarını və aktivlərini müsadirə ediblər və sanksiyalara əməl olunması sahəsində nəzarətdən yayınıblar.
Bu ilin əvvəlində ABŞ Ənsar Allahı xarici terror təşkilatı elan edib.
Bu ilin martın 15-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Amerika ordusuna husilərə qarşı böyük zərbə endirmək əmrini verib. O vaxtdan bəri ABŞ ordusu, demək olar ki, hər gün Yəmənin husilərin nəzarətində olan ərazilərə hücum edir.
Gundelik.az

