Sentyabrın 18-20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Gundelik.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, paytaxt və Abşeron yarımadasında havanın temperaturu 28-30 dərəcə isti olacaq.
Bölgələrdə isə bu gün və sabah bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir.
Əksər rayonlarda sentyabrın 19-u və 20-si yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda, xüsusilə Balakən, Şəki, Qazax, Gəncə, Qarabağ və Şərqi Zəngəzurda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu Aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq.
Yağıntılı hava ilə əlaqədar bəzi çaylarda suyun səviyyəsinin artacağı da istisna edilmir.
