Görüntüsü yayılan həkimin oğlu həbs edildi
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Gundelik.az xəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir. Onun rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub. DİN-in Baş
