İyul 8, 2026
Baku
Dünya Xəbərlər

NATO ölkəsi BRİKS dövlətindən hərbi təyyarələr alacaq

Litva Braziliyanın “Embraer” şirkətindən üç ədəd C-390 Millenium tipli hərbi-nəqliyyat təyyarəsi alacaq.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, yeni təyyarələr köhnə “Spartan” modellərinin əvəzlənməsi üçün nəzərdə tutulub.

Litvanın müdafiə rəsmilərinin sözlərinə görə, köhnə təyyarələrin təmiri yeni texnika almaqdan daha baha başa gəlir və onların təhlükəsizlik tələblərinə cavab verməsi də sual altındadır.

Bununla yanaşı, ölkə ictimaiyyətində alış barədə müəyyən narahatlıqlar mövcuddur. Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Giedrimas Jeqlinskas bildirib ki, sövdələşmənin əsas benefisiarı yenə də Braziliya olacaq. O xatırladıb ki, Braziliya Rusiya ilə birlikdə BRİKS blokunun üzvüdür.

Qeyd edək ki, yaxın günlərdə Litvada 17 min hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə start verilib. Təlimlər Rusiya və Belarusun “Qərb” adı altında keçirdiyi hərbi manevrlərlə paralel təşkil olunur.

Gundelik.az