“Samsung” şirkəti payızın əvvəlindən etibarən Tizen əməliyyat sistemi ilə işləyən ağıllı saatlara dəstəyi tamamilə dayandıracaq.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, sentyabrın 30-dan etibarən Tizen əsaslı “Galaxy Gear”, “Gear 2”, “Gear Live”, “Gear S”, “Gear S2”, “Gear S3”, “Gear Sport”, “Galaxy Watch”, “Galaxy Watch Active”, “Galaxy Watch Active 2” və “Galaxy Watch 3” kimi cihazların sahibləri artıq “Galaxy Store” vasitəsilə, eləcə də üçüncü tərəf mənbələrindən proqram yükləyə bilməyəcəklər.
Mütəxəssislər bildirirlər ki, bu tarixdən sonra həmin modellər rəsmi şəkildə köhnəlmiş hesab olunacaq. Əlavə olaraq, yaddaşdan silinmiş proqramların bərpası da mümkün olmayacaq.
Qeyd edək ki, “Samsung” 2020-ci ilə qədər Tizen əsaslı ağıllı saatlar istehsal edib. Sonrakı illərdə şirkət “Wear OS” platformasına keçərək yeni nəsil “Galaxy Watch” modellərini təqdim edib.
Xatırladaq ki, oxşar addımı bu ilin iyununda “LG” şirkəti atıb. Koreya istehsalçısı uzun müddət əvvəl smartfon istehsalını dayandırsa da, 30 iyun 2025-ci ildən etibarən bütün modellərə texniki dəstəyi də kəsib.
Gundelik.az
