İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Cənubi Koreya Ali Məhkəməsi “Samsung”un baş direktoruna tam bəraət qazandırıb

“Samsung Electronics”in sədri Li Çje Yonq mühasibat uçotu fırıldaqçılığı və səhmlərin manipulyasiyası ilə bağlı bütün ittihamlar üzrə Cənubi Koreya Ali Məhkəməsi tərəfindən tam bəraət qazanıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Bel ki, cümə axşamı Ali Məhkəmə “Cheil Industries Inc. və Samsung C&T arasında uzun müddət davam edən birləşmə işi ilə bağlı maliyyə cinayətlərinə görə Li Çje Yonqa bəraət qazandıran aşağı məhkəmə qərarlarını qüvvədə saxlayıb.

“Samsung” rəhbəri ümumilikdə 19 ittihamla üzləşib.

2015-ci ildə birləşmə bir Cheil səhmi üçün üç “Samsung C&T səhminin səhm mübadiləsi şəklində alındı. Bu, “Cheil”in 23,2%-nə sahib olan Li Çje Yonqa Li “Samsung Group”un faktiki holdinq şirkəti olan “Samsung C&T”nin ən böyük səhmdarı olmağa imkan verdi.

2023-cü ildə Cənubi Koreya prokurorları bu işlə bağlı Li Çje Yonq üçün beş il həbs cəzası və pul cəzası istəyib. Bununla belə, məhkəmə müəyyən edib ki, prokurorlar sövdələşmənin qanunsuz həyata keçirildiyinə dair kifayət qədər sübut təqdim etməyiblər. Məhkəmə həmçinin digər səhmdarların mənafeyinə zərər vurulması və ya saxta hesabatın verilməsi ilə bağlı heç bir sübut tapmayıb.

“Samsung”un yaradıcısının nəvəsi Li Çje Yonq 2022-ci ilin oktyabrında rəsmi olaraq şirkətin sədri təyin edilib. O, əvvəllər “Samsung”un sədr müavini vəzifəsində çalışsa da, 2014-cü ildə atası Li Kun Hi infarkt keçirərək yataq xəstəsi qaldıqdan sonra faktiki olaraq şirkətin rəhbəri idi. “Samsung”un qurucusunun oğlu Li Kun Hi 2020-ci ilin oktyabrında vəfat edib.

Cümə axşamı günü keçirilən ticarətdə “Samsung” səhmləri 3,1% artaraq bu il 25% qazanc əldə edib.

Gundelik.az