İyul 18, 2026
Baku

Xəbərlər

Dünya Siyasət Xəbərlər

Tramp Nobel mükafatı arzusunda deyil

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını qazanmağı xəyal etmədiyini açıqlayıb. Gundelik.az xəbər verir ki, bu barədə o, “The Daily Caller” qəzetinə verdiyi müsahibəsində bildirib. Sualı cavablandıran Tramp qısa şəkildə “Xeyr” deyib və əlavə edib ki, özü ilə “ədalətli davranmaq” istəyir. O, həmçinin vurğulayıb ki, “arzu” sözünü işlətsə də, bunu demək onun üçün çətin olardı:

Read More
Ölkə Xəbərlər

Sabah 38 dərəcə isti olacaq

Sentybarın 3-də Azərbaycanda Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq.  Milli Hidrometeorologiya Xidmətindən Gundelik.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75

Read More
Ölkə Xəbərlər

İlham Əliyev və xanımı qatarla Pekinə yola düşdü

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qatarla Çinin Tiencin şəhərindən paytaxt Pekinə yola düşüblər. Gundelik.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Prezident “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb. Gundelik.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya

Read More
Dünya Xəbərlər

“Amazon” bu ölkəyə 4,4 milyard dollar sərmayə yatıracaq

“Amazon.com Inc.” Yeni Zelandiyada bulud infrastrukturunun inkişafına 7,5 milyard Yeni Zelandiya dolları (təxminən 4,4 milyard ABŞ dolları) həcmində sərmayə qoyacaq. Gundelik.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uzunmüddətli investisiya ölkədə məlumatların emalı mərkəzlərinin (MƏM) tikintisi və dəstəklənməsinə yönəldiləcək. “Amazon”un Yeni Zelandiyadakı bulud əməliyyatlarının genişləndirilməsi nəticəsində ölkənin ümumi daxili məhsuluna (ÜDM) təxminən 10,8 milyard Yeni

Read More
Ölkə Xəbərlər

Naxçıvanda işıq olmayacaq

Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən təmir-bərpa işləri aparılacaq. ASC-nin Naxçıvan RETSİ-dən Gundelik.az-a bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub. Bu səbəbdən şəhərin bəzi ərazilərində və müxtəlif

Read More
Ölkə Xəbərlər

100-dən çox uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 110 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. Gundelik.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Həmçinin uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə həssas kateqoriyadan olan uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri davam etdirilir.

Read More
Ölkə Xəbərlər

İlham Əliyev Xı Yınfen ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb. Gundelik.az xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə

Read More
Dünya Siyasət Xəbərlər

Türkiyə ATƏT-in Minsk Qrupunun buraxılması qərarını alqışlayıb

Türkiyə Azərbaycanla Ermənistan arasında münaqişənin və Qarabağ probleminin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun bağlanması barədə qərarı dəstəklədiyini bəyan edib. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilir: “Biz ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk Qrupunun bağlanması və ona tabe olan strukturların ləğvi ilə bağlı

Read More
Ölkə Xəbərlər

Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür

Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Gundelik.az xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.

Read More