İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Türkiyə ATƏT-in Minsk Qrupunun buraxılması qərarını alqışlayıb

Türkiyə Azərbaycanla Ermənistan arasında münaqişənin və Qarabağ probleminin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun bağlanması barədə qərarı dəstəklədiyini bəyan edib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilir:

“Biz ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk Qrupunun bağlanması və ona tabe olan strukturların ləğvi ilə bağlı qəbul etdiyi qərarı alqışlayırıq. İki ölkənin birgə səyləri ilə mümkün olan bu tarixi addım Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm mərhələlərdən birini təşkil edir”.

Xatırladaq ki, 1992-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında münaqişənin, həmçinin Qarabağ probleminin həlli üçün ABŞ və Fransanın həmsədrliyi ilə yaradılan ATƏT-in Minsk Qrupu uzun illər fəaliyyət göstərsə də, problemi həll etməkdə uğur qazana bilməmişdi.
Azərbaycan tərəfi Ermənistanla sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi Minsk Qrupunun ləğvini irəli sürmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Vaşinqtonda keçirdiyi üçtərəfli sammitdən sonra iki ölkənin xarici işlər nazirləri Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət təqdim ediblər.

Gundelik.az