İyul 25, 2026
Baku

Xəbərlər

Siyasət Xəbərlər

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Gundelik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib. Bu barədə Gundelik.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında

Read More
Dünya Siyasət Xəbərlər

İtaliya Trampın “Sülh Şurası”na qoşulmayacaq

İtaliya hazırda ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan “Sülh Şurası”na qoşulmaq niyyətində deyil. Gundelik.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib. Onun sözlərinə görə, əgər şuranın nizamnaməsinə dəyişiklik edilərsə, Roma dərhal orada iştirakını nəzərdən keçirəcək.  Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya

Read More
Ölkə Xəbərlər

Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

Prezident İlham Əliyev “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” 9 iyul 2024-cü il tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Gundelik.az xəbər verir ki, fərmana əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli,

Read More
Ölkə Xəbərlər

Sosial şəbəkələrdə fahişəliyə açıq çağırış və sövdələşməyə görə cərimə tətbiq olunacaq

İnternet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə cərimələr müəyyənləşib. Gundelik.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. İnzibati Xətalar Məcəlləsinə edilən yeni – 524.2-ci maddəyə əsasən, internet informasiya ehtiyatından

Read More
Siyasət Xəbərlər

Sabiq diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub, cəzası azaldılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub. Gundelik.az apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəza müddəti 6 ay endirilərək, qəti olaraq 4 il 6 ay müddəti müəyyən olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının

Read More
Ölkə Xəbərlər

Generalın oğlu keçmiş sevgilisini təhdid edir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur. Gundelik.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib. N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili

Read More
Hüquq Müsahibə Xəbərlər

Mediasiya mübahisəni deyil, həlli önə çəkir

Müasir hüquq sistemində mübahisələrin alternativ həlli mexanizmləri getdikcə daha geniş tətbiq olunmaqdadır. Bu mexanizmlər arasında mediasiya çevikliyi, səmərəliliyi və tərəflərin maraqlarına uyğunluğu ilə xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə hüquqşünas mediatorların prosesdəki rolu, mediasiya ilə bağlı cəmiyyətdə formalaşmış yanlış təsəvvürlər və mediasiya sazişlərinin hüquqi etibarlılığı ictimai maraq doğuran əsas mövzulardandır. Bu və digər məsələlərlə bağlı Gundelik.az

Read More
Hadisə Siyasət Xəbərlər

Ötən il 67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb

Azərbaycandan 2025-ci il ərzində inzibati qaydada 67 ölkənin vətəndaşının kənara çıxarılması ilə bağlı qərar qəbul edilib. Gundelik.az xəbər verir ki, nu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılma qərarlarının qəbul edilməsinin səbəbi əsasən ölkə ərazisində olma və yaşama

Read More