Şirvan şəhərində qəzalı vəziyyətə düşmüş piyada körpüsünün yenidənqurulmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Gundelik.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, Şirvan şəhəri ərazisində Baş Şirvan kollektoru üzərində qəza vəziyyətinə düşmüş piyada körpüsünün yenidən qurulması nəzərdə tutulur.
Məlumata əsasən, sözügedən işlərin icrasını “Şəmkir Tikinti-18” ASC həyata keçirəcək
Bu işlərə 221 min 110 manat sərf olunacaq.
