İtaliya hazırda ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan “Sülh Şurası”na qoşulmaq niyyətində deyil.
Gundelik.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib.
Onun sözlərinə görə, əgər şuranın nizamnaməsinə dəyişiklik edilərsə, Roma dərhal orada iştirakını nəzərdən keçirəcək.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri “Sülh Şurası”nın nizamnaməsini imzalayıblar.
