SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb. Bu barədə Gundelik.az-a SOCAR-dan məlumat verilib. Bildirilib ki, imzalanma mərasimi 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (“EGYPS 2026”) çərçivəsində baş tutub. Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual
