ABŞ prezidenti Donald Tramp müttəfiqlərinin İrana qarşı mümkün ABŞ hərbi əməliyyatını dəstəkləmədiyi təqdirdə ölkəsinin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirəcəyini bildirib. Britaniyanın “Daily Telegraph” qəzetinə verdiyi müsahibədə Tramp alyansın hazırkı strukturunu sərt şəkildə tənqid edib. Qəzetin məlumatına görə, Tramp NATO-nu “kağız pələng” adlandırıb. Tramp bildirib ki, ABŞ-ın müdafiə müqaviləsindən çıxma ehtimalı artıq “ağlasığmaz” məsələ deyil və NATO-nun etibarlılığına uzun müddətdir şübhə ilə yanaşdığını qeyd edib. Üzvlük prosesi yenidən qiymətləndiriləcək.
ABŞ-ın potensial münaqişədən sonra ittifaqdakı üzvlüyünü yenidən nəzərdən keçirib-keçirməyəcəyi soruşulduqda, Tramp vəziyyətin yenidən qiymətləndirmədən kənara çıxdığını bildirib. NATO-dan heç vaxt təsirlənmədiyini vurğulayan Tramp, alyansın zəif bir quruluşa sahib olduğunu və bu vəziyyətin Rusiya Prezident Vladimir Putin O, bunun onlara da məlum olduğunu bildirdi.
Mənbə: TRT Haber
Hazırladı: Jalə Əliyeva
Gundelik.az
