Rusiya superyaxtası blokadaya baxmayaraq Hörmüz boğazından keçib
142 metr uzunluğunda Nord adlı çoxgöyərtəli lüks qayıq sanksiya tətbiq edilmiş rusiyalı milyarder Aleksey Moldaşovla əlaqələndirilir. O, həftəsonu Dubaydan Omanın Məskət şəhərinə səyahət edib – bu, son aylarda boğazdan keçən azsaylı özəl gəmilərdən biridir. İran boğazın yenidən açılması ilə bağlı ABŞ ilə qarşıdurmanın davam etdiyi bir vaxtda bu həftə Rusiya ilə yüksək səviyəli danışıqlar aparıb.
