İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiya superyaxtası blokadaya baxmayaraq Hörmüz boğazından keçib

142 metr uzunluğunda Nord adlı çoxgöyərtəli lüks qayıq sanksiya tətbiq edilmiş rusiyalı milyarder Aleksey Moldaşovla əlaqələndirilir. O, həftəsonu Dubaydan Omanın Məskət şəhərinə səyahət edib – bu, son aylarda boğazdan keçən azsaylı özəl gəmilərdən biridir.

İran boğazın yenidən açılması ilə bağlı ABŞ ilə qarşıdurmanın davam etdiyi bir vaxtda bu həftə Rusiya ilə yüksək səviyəli danışıqlar aparıb. Qlobal xam neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri normal olaraq su yolundan keçir.

Putinlə yaxın əlaqəli olan Mordaşov Rusiya bayrağı altında üzən qayığın rəsmi sahibi kimi qeyd olunmayıb. lakin Nordun qeydləri onun 2022ci ildə həyat yoldaşına məxsus bir firmaya qeydiyyatdan keçirdiyini gösdərir.

Marine Traffic platformasindaki məlumatlara görə, dəyəri 500 milyon dollardan çox olduğu təxmin edilən Nord, cümə günü gecə Dubaydan yola deşeb və bazar günü səhər Omanın paytaxdındaki Əl-Muc limanına çatıb.

Nordxun İrandan marşurutla üzmək üçün icazə alıb-almadığı bəlli deyil. Moldaşov sərvətini əsasən Rusiyada ən böyük belə firma olan polad və mədən şirkəti Severstar vasitəsi ilə qazanıb.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: BBC

Gundelik.az