OPEC bu il üçün qlobal neft tələbatının artım proqnozunu aşağı salıb.
Gundelik.az xəbər verir ki, bu barədə təşkilatın iyul ayı üzrə hesabatında deyilir.
Qeyd edilib ki, bu rəqəmin gündə 0,8 milyon barel artaraq 105,94 milyon barelə çatacağı gözlənilir. Bir ay əvvəl isə OPEC qlobal tələbatının gündə 106,13 milyon barelə çatacağını gözləyirdi. Həmin vaxt artım gündə 0,97 milyon barel proqnozlaşdırılırdı.
Bundan əlavə, OPEC bu il OPEC+ üzvü olmayan ölkələrin maye karbohidrogen istehsalının artım proqnozunu gündə 0,6 milyon barel səviyyəsində saxlayıb. Bu artımın əsas hərəkətverici qüvvələri Braziliya, ABŞ, Kanada və Argentina olacaq.
2027-ci ildə istehsal artımının da gündə 0,6 milyon barelə çatacağı gözlənilir; proqnoz dəyişməz olaraq qalır. Qətər, Kanada, Braziliya və Argentina hərəkətverici qüvvələr olacaq.
