Ehtiyata buraxılanlar yalnız bu günlərdə hərbi geyimi daşıya biləcək
Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin formanı artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”ndə, “Zəfər Günü”ndə və “Anım Günü”ndə daşıya biləcək. Gundelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi
